Gürcüstanda yetkinlik yaşına çatmayanlar arasında cinayətlər artıb. 2025-ci ilin yanvar-oktyabr ayları arasında Gürcüstanda 643 yetkinlik yaşına çatmayan (14-17 yaş) həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, bu həbslərin 40%-i Tiflisdə, ardınca Acarıstan və İmeretidə baş verib.
Əsas ittihamlar bunlar olub:
• oğurluq (ən çox yayılmış),
• soyğunçuluq,
• hədə-qorxu, bədən xəsarəti yetirmə,
• narkotiklə əlaqəli cinayətlər.
Eyni dövrdə 18 yaşdan kiçik 1182 yeniyetmə, əsasən məişət zorakılığının qurbanı kimi tanınıb. Bundan başqa, 147 yeniyetmə cinsi cinayətlərin - təcavüz, 16 yaşdan kiçik yetkinlik yaşına çatmayanlar ilə cinsi əlaqə və nalayiq hərəkətlərin qurbanı olub.
Birinci yerdə olan oğurluqla bağlı cinayətlərə gəlincə, Gürcüstanda yeniyetmələrin mağazadan oğurluğu bir ildə mağazalara 20 milyon lari ziyan vurub. Yetkinlik yaşına çatmayanlar mağazalardan oğurluq edir və işçilərə hücum edirlər. Problem o qədər ciddiləşib ki, bəzi ərazilərdə 24 saat işləyən mağazalar sadəcə bağlanır. Bu barədə Pərakəndə Ticarət Assosiasiyasının direktoru Sofiya Kaşakaşvili bildirir.
Onun sözlərinə görə, söhbət təkcə milyonlarla lari itkisisindən getmir. Belə hadisələrdə yaralanan işçilər xəstəxanaya yerləşdirilməsi halları olub və mühafizəçilər həmişə kömək etmirlər.
Assosiasiya ümid edir ki, hökumətin noyabr ayında yaradılmasını elan etdiyi yeni “Yetkinlik Yaşına Çatmayanlar üçün Reabilitasiya və Dəstək Mərkəzi” vəziyyətin nəzarət altına alınmasına kömək edəcək.
Stopnarkotik.az