Bir neçə gün əvvəl təyyarə qəzasında həyatını itirən “Vaqner” qrupunun lideri Yevgeni Priqojin ölümündən bir neçə həftə əvvəl Rusiya Müdafiə Nazirliyinin təzyiqləri ilə üzləşib.
Stopnarkotik.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” agentliyi Kremlə yaxın mənbəyə istinadla məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, olaydan əvvəl “Vaqner”ə Rusiya MN-ın hərbi təyyarələrindən istifadə qadağan edilib. Bundan sonra Suriyadakı Xmeymim aviabazası da “vaqnerçilər”in üzünə bağlanıb.
Nəticədə “Vaqner” bölmələrinin maddi-texniki təminatında ciddi problem yaranıb. “Blumberq”in məlumatına görə, Priqojini Afrikanı tərk edərək Rusiyaya getməyə məcbur edən məhz budur. “Vaqner” rəhbəri Müdafiə Nazirliyi ilə problemləri həll etmək üçün Moskvaya uçub. Amma onun təyyarəsi avqustun 23-də Prezident Vladimir Putinin Valdaydakı iqamətgahından 50 km aralıda qəzaya uğrayıb. Təyyarədə olan 7 sərnişin və 3 ekipaj üzvünün hamısı ölüb.