Fransanın paytaxtı Parisdə radikal ermənilər Azərbaycan səfirliyi qarşısında nümayiş keçirməyə cəhd edib.
Stopnarkotik.az modern.az-a istinadən xəbər verir ki, nümayiş iştirakçılarının sayı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Ən böyük erməni diasporlarından birinə ev sahibliyi edən Parisdəki nümayişdə 8-10 nəfər iştirak edib.
Nümayiş "iştirakçıları" separatçı qurumun əski parçaları ilə insanları onlara qoşulmağa çağırıb, ancaq çağırış nəticə verməyib.
Sosial şəbəkələrin erməni seqmentində olan istifadəçilər istehza ilə aksiyada iştirakçılardan çox polis olduğunu bildirib. Bir çox diaspor ermənisi aksiyanın uğursuzluqla başa çatdığını yazıb. Bəziləri isə bunu artıq dağılmaqda olan erməni diasporunun son çırpınışları kimi şərh edib.