Beynəlxalq Narkotiklərlə Mübarizə çərçivəsində bu səhər Türkiyənin Mersin Limanında keçirilən əməliyyatda 298 kq kokain müsadirə edilib.
Stopnarkotik.az bildirir ki, bu barədə ölkənin DİN naziri Ali Yerlikaya açıqlama verib.
Narkoəməliyyat Mersin Polis İdarəsi Narkotik Cinayətləri Şöbə Müdirliyi tərəfindən aparılıb. Əməliyyat nəticəsində, Braziliyadan Türkiyəyə göndərilən qanuni yükü fıstıq olan gəmidəki konteynerdə 298 kq kokain müsadirə edilib.
Stopnarkotik.az