Dələduzluqda təqsirləndirilən Ofelya Həsənovanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək O.Həsənovanın daha öncə ona təyin olunmuş beş il azadlıqdan məhrumetmə cəzası ilə hazırkı cəzası toplanılmaqla qəti surətdə doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm oxunaraq Ofelya Həsənova yeddi il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ofelya Həsənovaya qarşı AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) üzrə cinayət işi açılıb. O, zərərçəkmiş şəxsə 118 min 708 manat ziyan vurub.