Bakıda keçmiş məhkum Dənizkənarı Milli Parkda özünü dənizə atıb.
Stopnarkotik.az-ın məlumatına görə, hadisə gecə saatlarında Səbail rayonu, Dənizkənarı Milli Parkda yerləşən "Saat Qülləsinin" qarşısında baş verib. 51 yaşlı Əhmədov Əhməd Tahir oğlu özünü maddi imkansızlığına görə dənizə ataraq intihara cəhd etmək istəyib.
Lakin ərazidə xidmət aparan Səbail RPİ-nin polis nəfərləri tərəfindən dənizdən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.