Birləşmiş Millətlər Təşkilatının (BMT) xəbərdarlığına görə lazımi maliyə yardımı çatdırılmasa, 2023-cü ilin sonuna qədər 200 min uşaq aclıqdan ölə bilər.
BMT-nin Uşaq Fondu (UNICEF) və BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) məsələ ilə bağlı birgə bəyanat yayıb.
Açıqlamada davam edən münaqişələr, yerdəyişmə və məhdud humanitar yardım səbəbiylə ilin sonuna qədər 5 yaşdan kiçik təxminən 1 milyon uşağın kəskin qida çatışmazlığına məruz qala biləcəyi bildirilib.
Mali əhalisinin təxminən dörddə birinin qida çatışmazlığı ilə mübarizə apardığına diqqət çəkilərək, Menaka bölgəsində çoxu uşaq olmaqla 2500 adamın aclıq təhlükəsi ilə üzləşdiyi qeyd edilib. Həmçinin vurğulanıb ki, maliyə yardımı çatdırılmasa, 2023-cü ilin sonuna qədər 200 min uşaq aclıqdan ölə bilər./bizim.media