Bakıda kişi küçədə ölüb.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Ş.Rəhimov küçəsində qeydə alınıb.
Qazax rayon sakini 59 yaşlı Surxay Müsəllim oğlu Hüseynov küçədə qəfil ölüb.
Məlumata görə, o, insult keçirərək dünyasını dəyişib.
Araşdırma aparılır.