Azərbaycanın XİN rəsmisi Paşinyana cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın iddialarına cavab verib.

Stopnarkotik.az xəbər verir ki, XİN-in sözçüsü "X" sosial şəbəkəsində yazıb: 

"Əhalinin diqqətini Ermənistandakı gərgin vəziyyətdən yayındırmaq və təxribata əl ataraq regionda sülhün tərəfdarı olan Azərbaycanı ittiham etmək məsuliyyətdən qaçmaq üçün ümidsiz cəhddən başqa bir şey deyil", - deyə XİN rəsmisi yazıb.