Zərdabda "Toyota" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
Stopnarkotik.az report-a istiandən xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Məlumata görə, xəsarət alanlar rayonun Bıçaqçı kənd sakinləri olan bir ailənin üzvləri olan - Məftun Məmmədov, Sona Məmmədova, Rəna Məmmədova və Uğur Məmmədovdur (azyaşlı).
Qəza zamanı İntiqam Knyaz oğlu Məmmədov (azyaşlı) və Tunar Məmmədov ölüb.
Digər azyaşlının vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edilib ki, qəza törədən avtomobilin sürücüsü M.Məmmədov Muğam Müsabiqəsinin iştirakçısı olub və yarışmada 3-cü yeri tutub.
Faktla bağlı araşdırma aparılır.