Azərbaycanda 60 minə yaxın ölüm halı qeydə alınıb

Ötən il ölkədə 59834 ölüm halı qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.

"Ölənlərin 2292 nəfəri (3,8 faizi) 0-17 yaşda, 5839 nəfəri (9,8 faizi) 18-49 yaşda, 14230 nəfəri (23,8 faizi) 50-64 yaşda, 37473 nəfəri (62,6 faizi) isə 65 və yuxarı yaşda olub", - məlumatda qeyd olunub.