ANKARA TƏHLÜKƏ ALTINDA: sakinlərə SMS-lə xəbərdarlıq göndərildi

AFAD Ankara sakinlərinə daşqın təhlükəsi barədə xəbərdarlıq edib.

Stopnarkotik.az Türkiyə mediasına istinadən xəbər verir ki, vətəndaşlara təbii fəlakətlə bağlı SMS göndərilib.  

“Meteorologiya idarəsinin məlumatına görə, Ankarada leysan xarakterli yağışlar gözlənilir, sel, şimşək çaxması, nəqliyyatın hərəkətində məhdudiyyətlər kimi neqativ hallara qarşı diqqətli olmaq lazımdır”, - deyə mesajda bildirilir. 

Meteoroloqların proqnozlarına görə, gündüz saatlarında Ankarada leysan xarakterli yağış olacaq.