Türkiyənin İstanbul şəhərində "Vadi İstanbul" ticarət mərkəzinin yaxınlığında azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb. Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib.
Stopnarkotik.az "qafqazinfo"ya istinadən xəbər verir ki, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşesi təyin olunub.
Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.
***09:13
İstanbul şəhərində azərbaycanlı olduğu deyilən şəxsdə 70 kiloqram qızıl aşkarlanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə mediasında yayılan məlumatda deyilir.
Qeyd olunub ki, azərbaycanlı M.G.Ş. adlı şübhəli şəxs Sarıyer səmtində ticarət mərkəzlərinin birinin qarşısında taksidə olarkən Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Taksidə 70 kq qızıl olduğu aşkarlanıb.
Şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına qızılların özünə aid olduğunu və diplomat kimi çalışdığını deyib.
Faktla bağlı araşdırma başlayıb.