44 günlük savaşda Azərbaycanı dəstəkləmişdi – Rusiyada “agent” elan edildi

Rusiya Ədliyyə Nazirliyi “Novaya qazeta”nın baş redaktoru, “Nobel” sülh mükafatı laureatı Dmitri Muratovu “xarici agent” kimi tanıyıb.

Stopnarkotik.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

“Muratov “xarici agentlər” tərəfindən materialların hazırlanmasında və yayılmasında iştirak edib, Rusiyanın xarici və daxili siyasətinə mənfi münasibət yaratmaq məqsədi daşıyan fikirlər yaymaq üçün xarici platformalardan istifadə edib”,- məlumatda deyilir.

Jurnalist “xarici agentlər” siyahısına salınması” ilə bağlı rəsmi xəbərə belə münasibət bildirib: “Təəssüf ki, Bilik Günündə yeni heç nə öyrənmədim”.

Qeyd edək ki, Dmitri Muratov 30 illik işğal dövründə Azərbaycan ərazilərində erməni separatizminin əleyhdarı kimi tanınıb. Eyni zamanda, 44 günlük müharibədə Azərbaycana dəstəyi ilə gündəmə gəlmişdi. Bu baxımdan, Muratov ermənilərin sevmədiyi şəxslərdən biridir. O, həmçinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin əleyhdarıdır. Buna görə adı “xarici agentlər” siyahısına daxil edilib. Muratov ukraynalı uşaqlar üçün "Nobel" mükafatını satışa çıxarmışdı.