Gürcüstanda insan yumurtası fermasında 100-ə yaxın qadın qul kimi saxlanılır, onlara hormonlar verilir və mal-qara kimi rəftar edilir.
Stopnarkotik.az bildirir ki, bu barədə “Bild” yazıb. Nəşrə dəhşətli təcrübələr haqda altı aylıq istismardan sonra “yumurta mafiyası”nın caynağından azad edilən üç taylandlı qadın danışıb.
Qadınlar danışıblar ki, onları yumurtalarını qara bazarda satan çinli cinayətkarların başçılıq etdiyi kriminal qrupun Şərqi Avropa ölkəsi olan Gürcüstanda yerləşən “insan ferması”nda əsir saxlayıblar. Həmin qadınları Facebookda uşaq sahibi ola bilməyən gürcü cütlüklər üçün surroqat ana kimi işləmək üçün €11,500 ilə 17,000 avro (9,600 və £14,100) arasında maaş vəd edən iş təklifi ilə aldadıblar. Qadınlar 2024-cü ilin avqustunda on digər Tayland qadını ilə birlikdə Gürcüstana aparılıb. Gediş xərclərini, eləcə də pasportların rəsmiləşdirilməsini kriminal qrup ödəyib və öz işçisi kimi onların səfərini təşkil edib. Lakin Gürcüstana çatanda onları yüzlərlə qadınla birlikdə dörd böyük evdə yerləşdiriblər və iş təklifinin sadəcə bir qurama fırıldaq olduğunu başa düşdülər. İşin əvəzində, qadınlara yumurtalıqlarını stimullaşdırmaq üçün hormonlar vurulub və ayda bir dəfə yumurtalarını çıxarmağa məcbur ediblər. Bunu bu həftə keçirdiyi mətbuat konfransında azad edilən qadınlardan biri deyib. O, onlara mal-qara kimi davranıldığını və bəzi qadınların yumurtalarına görə heç bir kompensasiya belə almadıqlarını söylədi. Əsirlərə deyilib ki, əgər onlar getmək istəsələr, əvvəlcə ferma sahiblərinə 2000 avro (1670 funt sterlinq) ödəməli olacaqlar. Yumurta fermasında işləyən keçmiş qullardan biri bu pulu ödəyərək azadlığını satın alıb, məsələ barədə “Tayland Uşaq və Qadınlara Yardım Fondu”nun təsisçisi Pavena Honqsakula deyib.
Əsir qadın xanım Pavenaya bildirib ki, bir neçə başqa Taylandlı qadın hələ də fermada köləlikdə saxlanılır, çünki onlar azadlığa çıxmaları üçün pul ödəyə bilmirlər.
“Bangkok Post” qəzetinin məlumatına görə, xanım Pavena bu həftə keçirdiyi mətbuat konfransında deyib ki, qadınlardan yığılan yumurtaların süni mayalanma üçün başqa ölkələrə satılıb. “Pavena Fondu” İnterpolla əməkdaşlıq edərək, fidyə ödənildikdən sonra yanvarın 30-da sərbəst buraxılan üç taylandlı qadını azad etməyə nail olub.
Hələ də “qadın yumurtası ferması”nda neçə qadının saxlandığı məlum deyil.
Tailand səlahiyyətliləri ilə İnterpol məsələni araşdırmaya başlayıb və Tayland polisi işin gedişatına görə daha çox xilasetmə əməliyyatlarının mümkün olduğunu bildirib.
Stopnarkotik.az