İranın yeni ali dini rəhbəri Müctəba Xamaneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) narahat etməyə başlayıb.
SEPAH-a yaxın din xadimlərindən biri olan Abdullah Hacı Sadiqi mövcud informasiya siyasətini tənqid edərək bildirib ki, ölkənin mürəkkəb dövrdən keçdiyi bir vaxtda vətəndaşlara daha çox məlumat verilməlidir.
Onun sözlərinə görə, əvvəlki illərdə ölkə çətin vəziyyətlərlə üzləşəndə mərhum lider Əli Xamenei birbaşa xalqa müraciət edir, cəmiyyətdəki narahatlığı azaltmağa çalışırdı.
Sadiqi qeyd edib ki, dövlət sirrlərinin açıqlanmasına ehtiyac olmasa da, ölkədəki vəziyyət barədə müntəzəm məlumatlandırma vacibdir. O bildirib ki, informasiya boşluğu müxtəlif fərziyyələrin yaranmasına və xarici qüvvələrin bundan istifadə etməsinə şərait yarada bilər.
Xatırladaq ki, Xamenei rəhbərliyə gəldiyi dövrdən bu yana onun adından rəsmi çıxışın edilməməsi, yeni foto və ya videoların yayımlanmaması İran daxilində və beynəlxalq mediada müzakirələri səbəb olmuşdu./azpolitika.info