Narkotiklə əlaqədar 26 nəfər saxlanıldı - 13 NƏFƏRDƏ SİLAH AŞKARLANDI + AUDİO

İyunun 30-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 178, o cümlədən borclu şəxs qismində axtarışda olan 165 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.    

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.