Müasir psixiatrik tədqiqatlar diqqət əksikliyi və hiperaktivliyin (DEHB) insanların həyatının müxtəlif yönlərinə təsirinin yeni aspektlərini aydınlaşdırmağa davam edir. Tədqiqatın ən vacib sahələrindən biri hiperaktivlik, impulsivlik və asılılıqlar arasındakı əlaqədir.
Stopnarkotik.az xəbər verir ki, “Frontiers in Psychiatry” jurnalında dərc olunan son araşdırma, alkoqol asılılığı ilə spirt-kokain asılılığı olan xəstələrdə hiperaktivliyin təzahürlərində və impulsivlik səviyyələrində maraqlı gender fərqləri otyaya qoyub.
İmpulsivliyin asılılığa təsirini öyrənmək nəyə lazımdır?
Uzun müddətdir ki, hiperaktivliyin riskli davranışa meyli artırması və bu diaqnozlu insanları asılılıqlara daha həssas etməsi güman olunur. Bununla belə, bu halların müxtəlif növ asılılıqlara təsiri və impulsivliklə əlaqəsi, xüsusən də gender fərqləri nəzərə alınmaqla, hələ kifayət qədər öyrənilməyib. Qadınlar və kişilər asılılığa fərqli reaksiya verə və artan impulsivlik şəraitində fərqli davranış nümayiş etdirə bilərlər. Araşdırma bu məqsədi daşıyır ki, bu fərqləri müəyyən etsin və hansı amillərin hiperaktivliyin göründüyü insanlarda asılılıqların inkişafında əsas rol oynadığını anlasın.
Tədqiqat necə aparıldı?
Tədqiqatda alkoqol və ya alkoqol-kokain asılılığından müalicə alan 204 xəstə iştirak edib. Onların 153-ü kişi, 51-i qadın olub. Hiperaktivlik, impulsivlik səviyyəsi və digər psixoloji xüsusiyyətləri qiymətləndirmək üçün iştirakçıların şəxsi xüsusiyyətləri, onların narahatlıq səviyyəsi, depressiya və impulsiv davranışa meylləri təhlil edilib.
Tədqiqatın yekunu kimi,
1. Asılılığı olan xəstələr arasında hiperaktivliyin yayılmasına nəzərə salınıb.
Yəni, tədqiqatın əsas nəticələrindən biri kimi, asılı xəstələr arasında hiperaktivliyin yüksək yayılma həddi ortaya çıxıb. İştirakçıların 24,6%-ində hiperaktivlik qeydə alınıb. Alkoqol asılılarında bu göstərici 21,9%, alkoqol-kokain asılılarında isə bu rəqəm daha yüksək olub - 32,2%.
2. Qruplar arasında impulsivlikdə fərqlər
Alkoqol-kokain asılılığı olan xəstələrdə daha çox impulsivlik qeydə alınıb, nəinki yalnız alkoqol asılılığı olan xəstələrdə. Bu da o fərziyyəni dəstəkləyir ki, ikili-alkoqol-narkotik asılılığı şəxsiyyətin impulsiv xüsusiyyətlərini gücləndirir.
3. Hiperaktivliyin impulsivliyə təsirində gender fərqləri
Maraqlı xüsusiyyət hiperaktivliyin kişilərə və qadınlara fərqli təsiri idi. Qadınlarda hiperaktivlik impulsivliyə əhəmiyyətli təsir göstərib - 37% -dən çox hallarda hiperaktivlik impulsivliyi tətikləyib. Kişilərdə bu təsir daha az nəzərə çarpıb.
Bundan başqa, qadınlarda o da müşahidə olunub ki, impulsivliklə ünsiyyətcillik və aktivlik arasında güclü bağ var. Kişilərdə isə impulsivlik təkliyə dözümsüzlüyü tətikləyir.
4. Hiperaktivliyin təşvişə və depressiyaya təsiri
Hiperaktivliyin görüldüyü xəstələrdə cinsindən asılı olmayaraq yüksək səviyyədə təşviş və depressiya müşahidə edilib. Bununla belə, hiperaktivlik və asılılığı olan qadınlarda kişilərə nisbətən daha yüksək səviyyədə təşviş ortaya çıxıb.
Bu nəticələr nə anlama gəlir?
Tədqiqat belə nəticəni ortaya qoyur ki, asılılıq müalicəsinə xəstənin cinsini nəzərə alaraq fərdi yanaşma zəruridir. Bu, hiperaktivliyin impulsivlik səviyyəsinə və asılılığa meylə daha aydın təsir göstərdiyi qadınlar üçün xüsusilə vacibdir. Bu o deməkdir ki, ilk növbədə kişilərin məlumatları əsasında hazırlanmış narkomaniyanın müalicəsi üçün ənənəvi yanaşmalar qadınlar üçün o qədər də effektiv olmaya bilər. Yəni asılı qadınların müalicəsinə fərqli yanaşma lazımdır.
Bundan əlavə, əldə edilən nəticələr narkomaniyaya meylli insanlarda hiperaktivliyin hərtərəfli diaqnostikasına ehtiyac olduğunu göstərir. Alkoqol və ya narkotik asılılığı olan bir xəstədə hiperaktivlik əlamətləri varsa, yalnız asılılığa deyil, həm də onun impulsivlik və diqqət problemləri ilə işləməyə yönəlmiş xüsusi müalicə üsullarını daxil etmək vacibdir.
Stopnarkotik.az