Suriyanın paytaxtı Dəməşqdə zibil qutularına yerləşdirilmiş iki partlayıcının işə düşməsi nəticəsində üç nəfər ölüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Yelisey sarayından isə bildirilib ki, partlayış baş verən zaman Fransa Prezidenti Emmanuel Makron artıq suriyalı həmkarı Əhməd əl-Şaraa ilə görüş üçün prezident sarayına yollanırdı və o, xəsarət almayıb.
***
Suriyanın paytaxtı Dəməşqdə iki güclü partlayış baş verib.
Bu barədə Suriyanın “Al Watan” qəzeti yazır.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Bu arada “Al Jazeera” telekanalı partlayışlardan birinin ərəb respublikasının Turizm Nazirliyinin binası yaxınlığında baş verdiyini yazır.
Onun yaxınlığında eyni zamanda ölkəyə rəsmi səfər etmiş Fransa Prezidenti Emmanuel Makronun qaldığı hotel yerləşir.
