Bir gecədə milyoner oldu, bank hesabı bloklandı

Türkiyənin Van şəhərində yaşayan Azərbaycan əsilli Ahmad Takalo alış-veriş zamanı gözlənilməz hadisə ilə qarşılaşıb. Marketdə ödəniş etmək istəyərkən bank kartının işləmədiyini görən Takalo vəziyyəti aydınlaşdırmaq üçün banka müraciət edib.

Bankda hesabı yoxlanılarkən onun balansında 999 milyard 999 milyon 999 min 999 lirə 99 qəpik, yəni təxminən 1 trilyon türk lirəsinin olduğu məlum olub. Bu məbləğ dünyanın ən varlı insanları sırasına düşmək üçün kifayət edəcək qədər böyükdür.

Pulun mənşəyi məlum olmadığından məsələ ilə bağlı araşdırma başlanılıb və Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) prosesə cəlb olunub. Araşdırma çərçivəsində Takalonun bütün bank hesabları bloklanıb.

Takalonun sözlərinə görə, o, artıq təxminən bir aydır hesablarına giriş edə bilmir və öz vəsaitindən istifadə etmək imkanından məhrum qalıb. Hesabda görünən nəhəng məbləğin necə yarandığı isə hələlik rəsmi olaraq açıqlanmayıb. 

Stopnarkotik.az