Bakıda kişi qadını aldadıb pulunu əlindən aldı

Bakıda qadına qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən Stopnarkptik.az-a verilən xəbərə görə, Səbail rayonu ərazisində bir nəfər 36 yaşlı qadının etibarından sui-istifadə edərək 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətmiş 37 yaşlı A.Abdurahmanov saxlanılıb.