ABŞ İRANA ZƏRBƏLƏR ENDİRDİ: 80-dən çox hədəf vuruldu - VİDEO

ABŞ hərbçiləri İrana qarşı yeni silsilə zərbələr endirərək 80-dən çox hədəfi vurub.

Bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM-un bəyanatında deyilir: "ABŞ ordusunun Mərkəzi Komandanlığına məxsus qüvvələr İran ərazisində 80-dən çox hədəfi yüksək dəqiqlikli silahlarla vurmaqla İrana qarşı yeni hücumlar silsiləsini həyata keçiriblər".

Komandanlıq bildirib ki, bu addım İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı son hücumlarına cavab olaraq atılıb.

NBC-nin məlumatına görə, ABŞ-nin İrana yeni zərbələrinin miqyası əvvəlkilərdən daha böyük olub.

Qeyd edilib ki, zərbələr Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Qüvvələrinin taktiki aviasiya briqadası tərəfindən həyata keçirilib.

ABŞ Hörmüz boğazındakı hücumlara cavab olaraq İrana qarşı silsilə zərbələr endirib.

ABŞ Mərkəzi Komandanlığı bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"ABŞ-nin zərbələri Hörmüz boğazından keçən üç kommersiya gəmisinə İran tərəfindən edilən hücumlara cavab xarakteri daşıyır. Komandanlıq İranın bu hərəkətlərini əsassız və atəşkəs rejiminin pozulması kimi qiymətləndirib" , - deyə məlumatda vurğulanır.

İranın "Tasnim" agentliyinin yaydığı məlumata görə, ölkənin Sirik bölgəsində yeddi güclü partlayış səsi eşidilib.

Xatırladaq ki, iyulun 6-da İran hərbçiləri Hörmüz boğazında ticarət gəmilərinə azı iki raket atmışdılar.