57,5 KİLOQRQAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 1 ton çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 8-də ümumi çəkisi 57,5 kiloqramdan artıq narkotik vasitə, kultivasiya yolu ilə yetişdirilmiş 10 çətənə kolu götürülüb, yabanı halda bitmiş 1 tona yaxın 1952 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.