Ermənistanda parlament seçkisi yaxınlaşdıqca, Rusiyanın bu seçkiyə təsir cəhdləri daha açıq xarakter alır.
Kremlin ən qeyri-adekvat təbliğatçılarından biri, zaman-zaman Azərbaycana qarşı da təxtibatçı, açıq düşmənçilik və nifrətlə dolu çıxışlarıyla seçilən Sergey Mardan, “Soloviev Live”dakı son çıxışında Moskvanı İrəvanda hərbi çevriliş etməyə çağırıb.
Mardan Kremlin Ermənistan mallarına qadağa qoymaqdansa, Nikol Paşinyanın rəhbərlik etdiyi qərbyönümlü hökuməti devirmək üçün İrəvana "500 desantçı göndərməli olduğunu” deyib.
Qeyd edək ki, Ermənistanda keçirilən son sorğular Baş nazir Nikol Paşinyanın Mülki Müqavilə partiyasının 60 faizdən artıq səs toplayacağını göstərir. Təbii ki, bu perspektiv də Kremli və onun Ermənistandakı əlaltılarını qane etmir./azpolitika.info
— Newsfeed (@Newsfeed883920) June 2, 2026